Bəzən olur tutaq ki bir nəfər illərlə tibb üzrə təhsil alır, illərlə oxuyur, yaşıdları işləyib pul qazananda, o imtahana hazırlaşır və sonda həkim olub o ağ xalatı geyinəndən sonra xoşbəxt olduğunu hiss etmir. İşini sevərək etmədiyini anlayır. Bununla bərabər başqa çıxış yolu olmadığınıda anlayır. Təzədən oxuyub, və ya çalışıb iş tapmaq çox uzun və riskli olar. Təbii ki bunları etsə belə başqa şərtlər yenə də qabağını kəsir. Çünki xəyalını yorğanına görə uzatmalıdır. 40 yaşında “mən futbolçu olacağam deyib gecə gündüz topun arxasıyca qaça bilməyəcəyi məlumdur. Buna görə insan zamanında özünü tapmalıdır. Nə qədər tez o qədər yaxşı. Əsasəndə cavan olanda. Cavanlıqda nə etsək gələcək həyatımız onunla bəlli olur və formalaşır. Yəni 25 yaşında oxuyacağın kitab, edəcəyin idman, öyrəndiyin dil sənin 35 yaşına böyük təsir edəcək. Buna görədə əgər gələcəkdə planların varsa indidən hərəkətə keçməlisən. Səbr və çalışmaqla ola bilməyəcək şey yoxdur. Ancaq desəniz ki mən kosmonaft olacam bu ayrı məsələ. :)

Bəli düşündün ki çox varlı olacam, filan maşından alacam, tanınmış bir musiqiçi olacam və ya namuslu ailə həyatı yaşayacam, bura qədər heç bir problem yoxdur. Düşündün, xəyal etdin, ee sonra nə oldu? Kresloda oturub gündə 7 saat Pubg oynayaraq, türk seriallarına baxaraq bunları edəcəksən? Səncədə məsələn kimsə 4-5 il sonra gəlib deyəcək ki: Müəllim illər ərzində çox gözəl veyilləndiyiniz üçün, vaxtınızı boşa xərclədiyiniz üçün, bütün günü çayçıda oturduğunuz üçün sizi Google`un CEO su seçirik. Təbriklər.

Bu dediklərim olacaqsa problem yoxdur. Yox olamayacaqsa indidən çalışmaya başlamalısan. Necə deyərlər başlamaq işin yarısıdır. Yox əslində elə deyil. Ataların hər dediyi doğrudur deyə bir şey yoxdur. Bir işə başlayırsan, onu öyrənirsən, daha da öyrənirsən, əziyyət çəkirsən, stressli olursan, motivasyadan düşürsən, səbr edirsən, və sonda əgər vazkeçməsən türklər demişkən “pes eləməsən” istədiyin mərtəbəyə qalxırsan.

İndi sizə bir sıra suallar verəcyəm. Bu suallara başqa yerdə bəlkədə rastlaşmısınız. Lakin nə istədiyini tapmayanlar üçün hər yerdə bu suallar eynidir. Suallara yanınızda bir varaq götürüb və ya elə videoya baxaraq cavab verə bilərsiniz. Əgər sonda hələdə nə istədiyinizi tapa bilməsəz. Narahat olmayın. Verdiyim tövsiyələr ilə çox tez şəkildə istəyinizə nail olacaqsınız. İndi isə başlayaq:


1. Bir gün bu dünyadan getdin. Geridə qalan insanların sənin haqqında nə düşünməsini istəyərdin?

2. Uğurlu olacağına tam olaraq garanti verilir. Nə edirsən et, hansı işi edirsən et sonu yaxşı olacaq. Nə etmək istəyərdin?

3. Sərhədsiz pulun, vaxtın, imkanların var. Bu imkanlar, vaxt, pul ilə nə etmək istəyərdin?

4. Sizə bir neçə sehrli güc verildiyini düşünün. Təsəvvür edin ki, barmağınızı fantastik kinolardakı kimi bir birinə çırpdıqda istədiyiniz kimsəyə çevrilirsiniz. İstəsəniz çox məşhur bir insan və ya dünyaca məşhur bir mütəxəssis ola bilərsiniz. Belə bir gücünüz olsaydı hansı sahədə kim olmaq istəyərdiniz?

5. Gecə yatanda sehrli gücləri olan biri gəlib səndən xəbərsiz bütün dərdlərini problemlərini götürdü. Ertəsi gün yuxudan oyandıqda nələrin dəyişdiyini görərdin? Bu sual o məna verir ki tutaq ki dərdiniz pulsuzluqdursa səhər oyananda görürsünüz istədiyin qədər var. Dərdiniz yaxşı bir həyat yoldaşıdırsa səhər yuxudan oyananda artıq o yanında var. Bir sözlə sizi xoşbəxtliyinizdən saxlayan nədir?

 6. Etməyi çox sevdiyiniz və zamanınızın necə keçdiyini belə nə edərkən hiss edirsiniz?

7. Sizcə elə bir işdə istedadınız varmı ki başqalarına nisbətən bu işdə dəfələrlə yaxşısız. Məsələn rəsim çəkməkdə və ya piano çalmaqda.

8. Ruhi olaraq pis halda olanda belə sizə nə zövq verir?

9. . Vaxtınızı ən çox nəyə sərf edirsiniz? Vaxtınızı sərf etdiyiniz bu şeylər sizin üçün nə dərəcədə faydalıdır, həqiqətən maraqlandığınıza dəyir mi?

10. Aslı qaldığınız, sizə fayda verməməsinə baxmayaraq imtina edə bilməyəcəyiniz şeylər varmı?

11. Yaxın olduğunuz 5 nəfər haqqında düşünün. Həyatınızda bu insanlarla münasibətinizin mahiyyəti nədir? Bərabər münasibətdə olursunuz, yoxsa özünüzü sevdirmək üçün səy göstərirsiniz? Bunu bilməlisiniz ki hər tanıdığınız insanla ömrünüzün sonuna kimi əlaqədə qalmalısınız deyilən qayda yoxdur. Buna dövlət tərəfindən cəza tətbiq edilmir.

12. Əgər kimsə istəmədiyiniz bir şeyi sizə etdirsə necə hiss edərsiniz?

13. Xarakterinizdə ki bütün xüsusiyyətlərinizi bir maddə əşya kimi düşünün və bunları içində yaxşı və pis olanları sadalayın. Bunlardan; Mütləq ehtiyaclarınızı və olmasa nə baş verdiyini müəyyənləşdirin. Pis olanlardan isə nədən qurtulmalı olduğunuzu müəyyənləşdirin.

14. Son illərdə sizi üzən şeylər nələrdir? Bu üzücü şeylərlə bağlı bir şey dəyişə bilərsinizmi? Nəyi dəyişə bilərsiniz və nəyi dəyişə bilməzsiniz?

15. Sizi yaxından tanıyan insanlar haqqınızda nə deyərdilər?

Əgər bu suallara belə əsaslı, dəqiq, cavab verə bilmədinizsə, bir iki seçim arasında qaldınızsa nə qədər gec deyil dediklərimi etməlisiniz. Mənə görə nə sevdiyini tapmağın ən gözəl yolu kitab oxumaqdır. Yəni məsələn tutaq ki uzun bir roman oxuyursunuz. Bu romanda onlarla fərqli insan və bu insanların öz həyatı var. Onların həyatı ilə tanışlıq edərkən siz görəcəksiniz ki əvvəl ağlınıza bu fikir heç gəlməyib. Əslində siz filan işi etməyi sevirmişsiniz , və ya filan iş sizdə maraq oyadır. Nümunə olaraq deyə bilərəm. Məsələn Jül vernin kitablarından birini oxuyursunuz və kitab dənizdə olan bir səyahətdən bəhs edir. Və bu sizə maraqlı gəlir.